Azərbaycanlı müğənninin səsi İsveçrədən gəldi – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənninin səsi İsveçrədən gəldi – FOTO

Azərbaycanlı gənc violin ifaçısı İsveçrədə yay kurslarında iştirak edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının violin ixtisası üzrə tələbəsi, prezident təqaüdçüsü Osman Eyyublu violin üzrə İsveçrədə keçirilən “Crans Montana Classics” adlı yay kurslarında iştirak edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu kurslara dəvət edilmiş 12 ölkəni təmsil edən tələbələrə dünyaşöhrətli violin ifaçılar ustad dərsləri keçiblər. Ustad dərslərində tələbələr müasir ifaçılıq sənəti və müxtəlif ifaçılıq məktəblərinin xüsusiyyətləri ilə yaxından tanış olublar. Yay kurslarının təsisçisi professor Jean Bonvin, bədii rəhbəri tanınmış ifaçı, maestro Shlomo Mintzdir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm