Tolik sənədlərini niyə dəyişib? - FOTOFAKT
Bizi izləyin

Tabloid.az

Tolik sənədlərini niyə dəyişib? - FOTOFAKT

Dünən saytımızda müğənni Natəvan Həbibinin Türkmənistan vətəndaşı olduğu illərdə ona verilmiş doğum haqqında şəhadətnamənin surətini yaymışdıq. Prodüser Tolik isə qafqazinfo.az saytına açıqlamasında Həbibinin sənədini dəyişdirdiyini bildirmişdi.

Sizə bu dəfə prodüserin doğum haqqında şəhadətnaməsini təqdim edirik. Sənətçini sənədini dəyişməkdə ittiham edən 35 yaşı olan prodüser “metirka”nı 1991-ci ildə, 13 yaşında “alıb”. Yaxud da naməlum səbəblərdən dəyişdirib. Qeyd edək ki, Natəvan Həbibi onu “erməni” adlandırmış xalq artisti Aygün Kazımovanı, həmçinin prodüserlər Tolik və Zoriki məhkəməyə verib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm