Arif Babayevdən yenilik - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Arif Babayevdən yenilik - ÖZƏL

Azərbaycanın Xalq artisti, tanınmış muğam ustadı Arif Babayev yeni disk buraxdırmağa hazırlaşır.

İstirahətdən yenicə qayıdan sənətkar Publika.az-a özəl açıqlamasında bildirib ki, yaxın vaxtlarda on mahnıdan ibarət diski sevənlərinə təqdim edəcək: “Qaxdan təzə qayıtmışam. Yaxşı istirahət elədim. İndi dərs ilinin başlamağını gözləyirəm. Yəqin ki, yeni tələbələrim olacaq. Yaxın vaxtlarda planımda bir disk buraxdırmaq da var. Düzdür, yaş o yaş deyil. Amma yenə də nəsə eləmək lazımdır”.

Qeyd edək ki, diskdə xalq və bəstəkar mahnıları, həmçinin təsniflər yer alacaq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm