Tabloid.az
Bu sərgi hamını heyran qoydu (FOTO)
Bakıda “İpəkdə yaşayan izlər” adlı unikal rəsm
sərgisinin açılışı olub.
Sərgi təşkilat mərkəzindən ANS PRESS-ə daxil olan xəbərə görə,
tədbirdə gənc rəssam Tünzalə Məmmədzadə və tələbələrinin ipək
üzərində işlədikləri rəsmlər nümayiş olunub.
Rəssam Tünzalə Məmmədzadə və tələbələri – Elmar Məmmədzadə, Nərmin
Usubova, Ülkər Qəhrəmanova, Fərid Salamlı, Mahizər İbadzadə və
Könül Məmmədli öz rəssamlıq bacarıqlarını şəffaf ipək üzərində
yaratdıqları əsərlərlə nümayiş etdiriblər.
Məlum olub ki, T. Məmmədzadə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının və Türkiyənin Marmara Universitetinin
doktorantıdır.
Tünzalə Məmmədzadənin incəsənətdə yeni yol açdığı vurğulanaraq qeyd
olunub ki, o, dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez
edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk
rəssamdır.
Yaradıcılığının əsasını ipək üzərində rəsmlər və kalliqrafik
əsərlər tutur. Müxtəlif mövzulara müraciət edən rəssamın əsərləri
arasında dini motivli tablolar üstünlük təşkil edir.
Tədbirdə Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Türkiyənin
ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, rəssamın
müəllimləri və digər çıxış edənlər Tünzalə Məmmədzadəni təbrik edib
və ona uğurlar arzulayıblar.
Əsərlərinin müəlliflik hüququ qorunan Gənc rəssam Tünzalə
Məmmədzadə bundan sonrakı yaradıcılığını Türkiyədə davam etdirməyi
düşünür.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?