Afaq Aslan xəbərdarlıq etdi: "Mənə ilişməyin!" - QALMAQAL
Bizi izləyin

Tabloid.az

Afaq Aslan xəbərdarlıq etdi: "Mənə ilişməyin!" - QALMAQAL

Gənc müğənni Könül Şıxəliyeva ilə Afaq Aslan arasında qalmaqal yaşanıb.

Buna səbəb Könülün “Afaq məndən də pis oxuyur” deməsidir. Publika.az-a açıqlama verən Afaq bu sözlərin arxasında yalnız paxıllıq hissinin dayandığını deyir:

“Bu gün səsi və sənəti olmayan bir çox gənc müğənnilər var ki, mənə paxıllıq edirlər, çünki onlardan öndəyəm. Bu isə onları qıcıqlandırır. Onlar mənə ilişməklə qalmaqal yaradıb sayəmdə reklam olunmaq istəyirlər. Amma mən onlara cavab vermək istəmirəm və deyirəm ki, gedin başınızı aşağı salıb işinizlə məşğul olun. Mənim qalmaqal etməyə nə vaxtım var, nə də ehtiyacım. Mən sənətimlə məşğulam və yaradıcılığımdakı yeniliklərlə gündəmə gəlmək niyyətindəyəm”.

Afaq onu da bildirdi ki, bundan öncə də gənc həmkarlarından biri onunla qalmaqal yaratmışdı: “Belə şeylərə fikir vermirəm”.

Qeyd edim ki, Könül Şıxəliyeva Publika.az-a müsahibəsində "Afaq məndən də pis oxuyur" demişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm