
Türkiyəli müğənni Atiye Dəniz xoşagəlməz hadisə ilə
üzləşib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi
küçədə hücuma məruz qalıb.
Hadisə İstanbulun Bebek istiqamətində baş verib. Atası ilə balıq
restoranına gedən müğənni 3 saat sonra məkanı tərk edib. Atiye onu
aparmağa gələn avtomobilə minərkən ətrafda olan bir neçə narkoman
maşına doğru gəlib. Onlar avtomobilin şüşəsini döyəcləyərək ifaçını
qorxudublar. Ətrafdakılar dərhal müdaxilə etdiyi üçün Atiyeyə zərər
dəyməyib.