Ağamirzə: “Efirdə söyüş söyməmişəm” - FOTO
Bizi izləyin

Tabloid.az

Ağamirzə: “Efirdə söyüş söyməmişəm” - FOTO

Məşhur meyxanaçı Ağamirzə meyxanada söyüş, təhqirin əleyhinə olduğunu deyir.

Publika.az-a bu barədə danışan meyxanaçı zamanında özünün də bu üsuldan istifadə etdiyini gizlətmir: “Meyxana söz yarışmasıdır, burda söyüş, təhqirə yol vermək düzgün deyil. Çünki bədahətən deyilən sözün gözəlliyinə xələl gələ bilər. Amma gizlətmirəm, özüm də nə vaxtsa toy məclisində, dostlarla deyişmədə xoşagəlməz ifadələrdən istifadə etmişəm. Amma yüngülvari. Amma efirdə, milyonlarla izləyicilərin qarşısında heç vaxt meyxanada söyüş işlətməmişəm. Və bu gün gənclərə belə şeyləri məsləhət bilmirəm.

Ağamirzə onu da bildirdi ki, bu cür hallar gənclik illərində baş verib: Cavanlıq illərində insan dəliqanlı olur axı. Təbdir də, gələndə bəzən nə daşıdığını özün də bilmirsən. İndi qəti şəkildə meyxanada bu cür ifadələrə yol vermərəm. Ayıbdır”.

Meyxanaçı onu da bildirdi ki, belə ifadələrə görə, hətta zamanında meyxanaçılarla aralarında inciklik və hətta dava da düşübmüş.

Məsələ burasındadır ki, bu gün efirlərdə nümayiş olunan meyxana yarışmalarında hətta tanınmış meyxanalar deyişmə zamanı qeyri-etik ifadələrdən istifadə edilir. Məsələn, “Ay ceyran”, “qız kimi bəzənibsən” və s…. Ağamirzə bunun zarafat xarakteri daşıdığını söylədi, amma: “Bəzən meyxanaçılar deyişmədə belə ifadələr işlədir, amma zarafat xatirinə. Bunlar heç də ciddi məna daşımır. Amma zarafat olsa da, meyxanada belə şeylərin əleyhinəyəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm