Tabloid.az
Akif İslamzadə kimləri “geridə qalmış” adlandırdı?
“Azərbaycan estrada sənəti yerində dayanıb... Təkcə musiqidə deyil, mədəniyyətin bütün sahələrində bayağılıq, primitivlik baş alıb gedir”.
Bu sözləri Tabloid.az-a açıqlamasında retro ifaçı Akif İslamzadə deyib:
“Bu gün aradan pərdə götürülüb. Məsələn, sintezatorda, bas-gitarda çalanlar, sonradan durub, estrada mahnılarını oxuduqlarını iddia edirlər. Hətta Akif İslamzadənin estrada simfonik orkestrinin müşayiəti ilə ifa etdiyi “Sarı gəlin” və “Bura Vətəndir” mahnıları klassik anlamda estrada deyil. Estrada tamam başqa üslubdur- həm oxumaq, həm də ifaçılıqdır. Bilirsiniz, heç vaxt toplumun səviyyəsinə enmək olmaz. Bu gün bizim geridə qalmağımızın əsas səbəbi toplumun arxasınca getməyimizdir. Əfsuslar olsun ki, camaat bunu bəyənir”.
A.İslamzadə indi əksər müğənnilərin mahnıya söz və musiqi yazmasına da münasibət bildirib:
“İndi əksər müğənnilər ifa etdikləri mahnıların söz və musiqisini özləri yazırlar. Bir nəsildən düzgün genetik hesablama ilə gözəl istedad çıxa bilər. Bu, ya şair, ya bəstəkar və sair ola bilər. Amma həm şair, həm bəstəkar, həm də müğənni hansı genetik mərhələləri keçməlidir ki, dünyaya vunderkind gəlsin?! Düzdür, ola bilər ki, hansısa müğənni bir və ya iki mahnısı ilə özünü bəstəkar-şair kimi yoxlasın. Amma bir müğənninin bütün mahnılarını özü yazması artıq peşəkarlıqdan xəbər vermir”.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO