Sofi Loren: “Hansı bataqlıqdan, necə çıxdığımı bilirəm”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sofi Loren: “Hansı bataqlıqdan, necə çıxdığımı bilirəm”- FOTOLAR

İtalyanların ən azı makaron və pizza qədər məşhur olan aktrisası Sofi Loren bu gün 80 yaşını qeyd edir.

Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, aktrisanın uşaqlığı səfalət içərisində keçib. O, 15 yaşında qarşılaşdığı 37 yaşlı film prodüsseri Karlo Pontiyə aşiq olub. Karlo aktrisanın Napoli bataqlığından çıxıb bir ikonaya çevrilməsində rol oynayıb.

Əsl adı Sofi Villani Skikolone olan aktirsa boşanmanın İtaliyada qadağan olması səbəbindən Karlo ilə ailə qura bilməyib.

Sofi 28 yaşında “La Ciociara” (Qızım və Mən) filmindəki rola görə Osckar mükafatına sahib olub.
Amerikada yaşadığı dövrdə Hollivudun tanınmış kişi aktyorları Marlon Brando, Kari Qrant, Klark Qable və başqalarından evlilik təklifləri alıb. Aktrisa hamısını nəzakətlə geri çevirib.


İtaliyada boşanma qanuniləşincə Karlo Ponti yoldaşından ayrılarıb. Nəhayət, cütlük Meksikada evlənib. Onların Karlo və Eduardo adında iki usağı olub.

2007-ci ildə həyat yoldaşını itirən aktirsa oğulları ilə yaşamağa başlayıb. Aktrisa öz həyatı haqqında bunları deyib:

"Keçmişimə baxanda görürəm ki nə peşəmə, nə də ailəmə nankorluq etmişəm. Hansı bataqlıqdan, necə çıxdığımı bilirəm. Bunu ilk və son sevdiyim insan Karlo Pontiyə borcluyam "deyib.

Rüstəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm