Məşhur türk sənətçisi Bakıya gəldi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur türk sənətçisi Bakıya gəldi - FOTOLAR

Türkiyənin sevilən sənətçisi Müşərrəf Akay Bakı Slavyan Universitetinin qonağı olub. Publika.az-ın məlumatına görə, sentyabrın 24-də universitetin rəhbər heyəti, müəllim və tələbələrin iştirakı ilə ali təhsil müəssisəsində tanınmış sənətçiylə görüş keçirilib. BSU-nun rektoru Asif Hacıyev universitetin yaranma tarixi, həmçinin türk dili və mədəniyyətinə, musiqisinə olan böyük diqqətdən danışıb.

Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay universitet əməkdaşları və tələbələrlə bu ölkəylə bağlı xatirələrini bölüşüb. Otuz il öncə Bakıya gəlişini yada salan sənətçi Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyini deyib. BSU ailəsinin ona olan diqqəti, marağı da sənətçini təsirləndirib: “Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır”. “Azərbaycan Türkiyənin sevdasıdır!” deyən sənətçi, müəssisədə təhsil alan türk tələbələrlə də görüşüb, repertuarında yer alan Azərbaycan xalq mahnılarından parçaları ifa edib.

Qonaq tələbələrin suallarını cavablandırıb və BSU əməkdaşları ilə xatirə şəkillər çəkdirib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm