Tabloid.az
Emil Bədəlov: “Naşükürdürlər, şadlıqlarına şitlik edirlər...” – FOTOLAR
Tanınmış müğənni Emil Bədəlovun Publika.az-a müsahibəsi
- Yaradıcılığında nə yenilik var?
- “Sənli məqamlar” adlı yeni mahnı yazdırmışam. Musiqisi Hacı
Nazimə, sözləri Günel Əsgərovaya aiddir. Sabahdan radiolarda
yayımlanacaq. Canlı korifeyimiz, bəstəkar Ramiz Mirişlinin
“Sevdalandım yaz gəlincə” mahnısını da yeni aranjimanda işləyirik.
Həmin mahnıda tanınmış tarzən, xalq artisti Firuz Əliyevin də ifası
olacaq.
-Bu, Firuz Əliyevlə ilk iş birliyinizdir?
-Bəli, ilk işimizdir.
- Xeyli müddətdir qohumluğunuz var, nə əcəb, ilk dəfədir
iş birliyiniz?
- Məclislərdə, toylarda çox ifalarımız olub. Nəsə risk eləmirdim.
Sözün düzü, hər mahnıya da Firuz müəllimi dəvət edə bilməzdim.
Ciddi mahnıdır deyə, istədim ki, o ifa etsin.
- Sizi tamaşaçıya tanıdan mahnılarınız “Bakı gecələri”,
“Saqqız” və son mahnınız da “Qarpız” oldu. Çox qəribə adları var.
Bu adları məqsədli şəkildə seçirsiniz?
-Yox, məqsədli şəkildə deyil. Sadəcə, bu mahnılarım “tutub”.
Ümumiyyətlə, repertuarımda 34 mahnı var. Həmin mahnıların
içərisində Aygün Səmədzadənin, Xanım İsmayılqızının, Hacı Nazimin,
Elçin Şirinin, Ramal İsrafilovun gözəl bəstələri var. Sadəcə, bu
mahnılarım daha çox sevildi. Məncə, adını çəkdiyiniz mahnılar
mövzuya görə sevilib.
- Subay vaxtında xanım pərəstişkarlardan hiss etdiyiniz
diqqət indi də varmı?
- Şükür ki, indi də var.
- Bezdirici olmur?
- Qətiyyən, bezdirici olmur. Elə bunun üçün çalışmışam ki, məni
istəsinlər.
- Yəni xanımlar istəsinlər?
- (gülür) Yəni şəkil çəkdirmək istəsinlər, pərəstiş eləsinlər.
Çalışdığım bu olub.
- Amma son zamanlar gənc sənətçilər arasında mənfi
tendensiya formalaşıb. Azacıq populyarlıq qazanandan sonra
tamaşaçılara yuxarıdan baxırlar.
- Naşükürlük edirlər, şadlıqlarına şitlik edirlər o adamlar. Bu,
doğrudan da, naşükürlükdür. İstədiyimiz sevilmək olub. Buna nail
olandan sonra “tripaşlıq” edəndə Allaha xoş getmir.
- Həmkarınız Vasif Məhərrəmli deyib ki, yol polisi maşınımı
saxladı, “Nissan Altima” sürdüyümü görüb dedi ki, Vasif müəllim,
adınız-sanınız var, bu nədir sürürsünüz? Doğrudanmı, ad-san maşınla
ölçülür?
- Yol polisi əgər elə söz deyibsə, onun düşüncəsi bir az zəif olub.
Məgər insanın insanlığı, hörməti, nüfuzu maşınla ölçülür? Əlbəttə,
yox. Adam var on minlik maşın sürür, amma 200 minlik maşın sürəndən
imkanlıdır. Halbuki, 150 minlik maşın sürən kirayə qalır. Amma
bunun şəhərin on yerində mənzili var. Bu, geri düşüncəli insanların
fikridir ki, kimin bahalı maşını varsa, o da hörmətlidir.
- Konsert var planda?
- Konsert maddiyyata bağlı bir şeydir. Nə vaxt o qədər imkanım
olsa, konsert verəcəyəm. Mən konsert xətrinə 5-10 minlik konsert
vermək istəmirəm. İstərdim ilk konsertim yaddaşlarda qalsın, böyük
bir orkestrlə ifalarımız olsun.
- Müsahibədən öncə bildirmişdiniz ki, söz-söhbətlərə
görə efirə çıxmaq istəmirəm. Doğrudanmı, efirə çıxmaq bu qədər
bezdirici və cansıxıcıdır?
- Sənətlə, musiqiylə maraqlanan insanlar yoxdur. Varsa da, çox
azdır. Aparıcıların əksəriyyətinin sualları şəxsi həyatdandır. Səni
orda gördülər, burda gördülər... Bir az da musiqidən, sənətdən sual
versələr, daha maraqlı olar. Biri demir ki, qardaş, sən nə işlə
məşğulsan, hansı mahnını yazdırmısan?
- Tez-tez yaşlı sənətkarların gənc ifaçıları tənqid
etdiklərini görürük. Sənətə yeni gələndə sizi də tənqid edənlər var
idi…
-Vəziyyət belədir də. Mahnı var ki, kommerisya xarakterlidir, mahnı
da var, sırf sənətə aiddir. Cavankən ciddi mahnılar oxusan, gənc
nəsil qətiyyən səni dinləmək istəməyəcək. Ciddi mahnıları arxivimdə
qalmaq üçün oxuyuram. Kommersiya mahnılarımı cavanlar üçün
oxuyuram. Bülbül adına orta ixtisas musiqi məktəbini skripkaçı kimi
bitirmişəm. İncəsənət Universitetinin musiqili teatr aktyorluğu
fakültəsində xalq artisti Azər Zeynalovun tələbəsi olmuşam. Yaşlı
nəsil bir növ paxıllıqdan irad tutur. Tarkan, Barış Manço tomatdan,
badımcandan oxuyanda heç kim heç nə demirdi. Bizi daşlayırlar ki,
siz niyə oxuyursunuz? Qardaş, siz oxuya bilməmisiniz, biz oxuyuruq
da. Barış Manço sizin yaş nəsli olub və elə mahnılarla tarixdə
qalıb. Sizi isə çıxıb boş-boş danışmaqla yadda qalmısınız. Atam
Namiq Bədəlov öz dövrünün tanınmış müğənnilərindən olub, babam
Bədəl Bədəlov, nənəm Məryəm Bədəlova qarmon ifaçısı olublar. Yəni
mən bu sənətdə heç də təsadüfi deyiləm.
İntiqam VALEHOĞLU
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO