Tabloid.az
Nazpəri: “Öhdəsindən nə valideynləri gələ bilir, nə də xalq”
Azərbaycanın Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın Teleqraf.com-a müsahibəsin təqdim edirik:
- Nazpəri xanım, son dövrlər
yaradıcılığınızda bir durğunluq hiss olunur. Buna səbəb
nədir?
- Mən deməzdim durğuluq var. Sadəcə ailəmizdə bədbəxt hadisə baş
verdi. Qardaşım dünyasını dəyişdi. Allah bütün ölənlərə rəhmət
eləsin. Gözlənilmədən gələn bu itki məni çox sarsıtdı. Bu səbəbdən
sənətdən bir qədər uzaqlaşdım. Bir az uşaqlarla xarici ölkəyə
gəzməyə getdik.
Artıq bir az özümü toparlamağa başlamışam. Yeni mahnılar
yazıdrıram. Konsert verməyə hazırlaşıram. Sevənlərim çoxdandı
məndən bunu gözləyirlər.
- Bilirik ki, Azərbaycan Dövlət
İncəsənət Universitetində dərs keçirsiniz. Tələbələrinizdən necə
razısınız?
- Əlbəttdə razıyam. Dörd tələbəm artıq məzundur.Gözəl səsləri var.
Demək olar ki, professional müğənnidirlər. Hələki yavaş yavaş öz
sənətlərin inkişaf etdirirlər.
Ümumilikdə istidadlı tələbələr var. Amma çox azdır.
- Sizcə istedadlı tələbələrin az
olmağının səbəbi nədir?
- İstedad kitab oxumaqla olan şey deyil. İstedadlı tələbə və ya
müğənni olmaq üçün gərək bu vergi ona Allah tərəfindən
verilsin.
Bir bağda beş alma ağacı olur. O bar verən ağacın beşidə gözəl bar
vermədiyi kimi insanların hamısında istedad ola bilməz.
İndi nə qədər istəyirsən müğənni var. Heç
sayı hesabı yoxdu.
İstedad tamam başqa bir şeydi. O Allah tərəfindən verilir. Allahda
hər çatana istedad vermir ki, deyək müğənnilərim çoxdu. Oxuya bilən
çoxdur, amma sənəti olan sənətkarımız azdır.
- Xalq artisti Nazpəri Dostəliyeva
Azərbaycan incəsənətinin bugünkü durumunu necə
qiymətləndirir?
- Sözün düzü, mən müasirliyin tərəfdarıyam. Gənclərimizə sərbəstlik
lazımdır. Amma ifrat dərəcədə yox. Hər şey öz normasında olanda
daha gözəl olur. İfrata varanda isə dəhşətli bir şey yaranır. O
zaman gənclərin öhdəsindən nə valideynləri gələ bilir, nə də
xalq.
- Sizi sevənləri hansı yeniliklər
gözləyir?
- Hazırda yeni mahnılar üzərində işlər yekunlaşır.Ruslan
Səfəroğlunun iki mahısı var. Çox düşündürücü və klassik müsiqidir.
Sözləri Sona Vəliyevaya məxsusdur. Hazırda mahnıların aranjimanı
bitib.
-Bəs yeni klip olacaq?
- Sözsüz ki, yaxşı mahnının hər zaman klipi də, təqdimatı da olur.
Hər mahnıya yaxşı demək olmaz. Mən ifa elədiyim mahnının hər
birində sözlərə çox önəm vermişəm. Əgər sözlər dəyərli, mənalı və
məntiqli olanda gözəl müsiqi yaranır. Şükürlər olsun ki, bu günə
qədər oxuduğum mahıların sözlər hər bir azərbaycanlının qəlbinə
toxunub. Hər bir sevən insanın beynində qalıb ki, Nazpəri demişkən
“ Nə olar Allahım ayırma bizi”.
- Efirlərə tez çıxmaq populyarlığı
təmin edir?
- İndiki dövrdə populyar olmağa nə var. Cibinlərindən pul ayırıb
iki-üç verlişə çıxırlar. Baxmırlarlar nə sual veriləcək, özün necə
aparacaq. Bəzən isə deyirlər ki, sərbəstsən nə istiyirsən et.
Tez-tez efirə çıxmaqla populyar olmaq olar. Amma bu o demək deyil
ki, sən sənətkarsan və ciddi sənətlə məşğul olursan.
- Nazpəri xanımın reklama ehtiyacı
var?
- Bilirsiniz mən il yarımdı efirlərdən uzağam. Nazpəri Dostaliyeva
unudulubmu?
- Bəs reklamın Nazpəri xanıma
ehtiyacı var?
- Reklamın mənə ehtiyacı varmı, bunu deyə bilmərəm. Bu böyüklük
olar. Kimlərinsə reklamına ehtiyac var ki mən orda oluram. Çox
özündən razı adamlar özlərini mənim adımla reklam etdilər. Qoy
olsun.
- Nazpəri Dostaliyeva müğənni
olmasaydı hansı sənəti seçərdi?
-Müğənni olmasaydım yaxşı saç ustası, vizajist ola bilərdim. Saç
düzümünə həmişə marağım olub.
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan