Röyanın prodüseri: “Röyanın məmur oğlu ilə sevgili olmağı...”
Bizi izləyin

Tabloid.az

Röyanın prodüseri: “Röyanın məmur oğlu ilə sevgili olmağı...”

“Müğənni Röya Ayxanın məmur oğlu ilə sevgili olmağı barədə yazılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu Publika.az-a açıqlamasında Röyanın prodüseri Kənan Bayramov sənətçinin məmur oğlu ilə sevgili olduğu və məhz buna görə keçmiş həyat yoldaşı Anar Cəlilovla boşandığını iddia edən yazıya münasibət bildirərkən deyib.

Prodüser belə xəbərlərə görə mətbuatı qınayıb: “Belə şeylərə görə Azərbaycan mətbuatını oxumuram. Kimin ağlına nə gəldi, yazır. Xalam oğlu belə dedi, dayım oğlu filan şey danışdı, hamısını götürüb yazırlar. Bu nə birnci, nə də sonuncu dəfə deyil”.

Qeyd edək ki, Röyanın məmur oğlu ilə sevgili olmağı xəbərini “qafqazinfo” yayıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm