Tabloid.az
Məşhur müğənnilərimiz illər öncə - ÖZƏL FOTOLAR
Adətən, sənət adamları bir müddət sonra keçmişlərini unudurlar. Əməliyyatla görünüşlərinə əl gəzdirən müğənnilərimiz sonradan kimlərisə onun gözəlliyinə həsəd aparmaqda ittiham edir. Amma bəzi sənətçilər də var ki, nə əmliyyat etdirdiklərini, nə də yaşlandıqlarını danırlar.
Beləliklə, Publika.az Azərbaycan şou-biznesinin bir neçə nümayəndəsinin illər öncə çəkilmiş fotolarını təqdim edir.
Bu foto təxminən 1996-97-ci illərdə çəkilib. Qubada çəkilmiş fotoda “Elit star” Cəmilə, Xalq artisti Aygün Kazımova və başqa bir nəfər var.
İkinci foto isə təxminən 2000-2001-ci illərdə restoranların birində çəkilib. Rejissor Nail Naiboğlu, rəqqasə Fatimə Fətəliyeva və həmin dönəmdə yeni-yeni parlamağa başlayan İradə İbrahimovanın yetərincə zahiri dəyişikliyə məruz qaldıqları açıq-aşkar sezilir.
Bu fotodakılar isə “Elit Star Cəmilə və repçi Anar Nağılbazdır. 2004-cü ildə çəkilmiş kadrdan hər iki sənətçinin yetərincə dəyişildikləri hiss olunur. Anar Nağılbazın indikindən daha arıq olmağı da diqqətdən yayınmır.
Bakıdakı əyləncə mərkəzlərindən birində çəkilmiş bu fotonun təxminən 13-14 yaşı var. İllərin həm İradə İbrahimovanı, həm də Cəmiləni dəyişdirə bildiyi danılmazdır.
Bu fotodakı isə Nadir Qafarzadədir. Hazırda yetərincə populyar olan Qafarzadənin də zahiri görünüşündə yetərincə böyük dəyişikliklər var. Bu foto çəkiləndə Qafarzadənin 30-32 yaşı olsa da, indikindən daha yaşlı görünür. Müğənninin burun formasında edilən dəyişikliklər də diqqətdən yayınmır.
10 may 1996-cı ildə çəkilmiş fotodakılar isə bəstəkar Gövhər Həsənzadə və müğənni Cəmilədir. Gövhər xanım bu fotolarda yetərincə arıqdır.
Meyxanaçı Vüqar Əbdülovla, rəqqasə Fatimənin qol-qola olduğu bu şəklin hansı məkanda çəkildiyi məlum deyil. Amma məlum olan odur ki, bu görüntü fotoaparatın yaddaşına ən azı 12-13 il əvvəl həkk edilib.
Roza Zərgərli isə Bakı restoranlarının birində şou-proqramda çıxış edərkən görüntülənib. Fotonun 2002-2003-cü illərdə çəkildiyi bildirilir.
Faiq Ağayevin bu şəkli isə 1996-cı ildə çəkilib.
İntiqam VALEHOĞLU
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan