Azərbaycan musiqisi avropalıları heyran etdi – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycan musiqisi avropalıları heyran etdi – FOTO

Oktyabrın 5-də azərbaycanlı skripkaçı Səbinə Rakçeyevanın və Deko adlı beynəlmiləl ansamblının canlı ifası Böyük Britaniya Liberal Demokrat Partiyasının Qlazqoda keçirilən illik konfransının 200-ə yaxın iştirakçısının böyük marağına səbəb olub.

Publika.az-ın məlumatına görə, Səbinə Rakçeyeva Nyu-York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) incəsənət və mədəniyyət üzrə məsləhətçisidir. İstedadlı musiqiçi tanqo rəqsindən parçalar və Azərbaycan musiqisindən ibarət kompozisiyalar ifa edib. Proqrama Azərbaycanda caz-muğam musiqi janrının ərsəyə gəlməsində mühüm rolu olan Vaqif Mustafazadənin skripkada müşayiət edilən həzin “Mart”, həmçinin gitaraçı Rob Luft tərəfindən ifa olunan Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin” daxil idi.

Deko Ansamblının tərkibi Bartosz Qlovatski (akkordion), Rob Luft (gitara), Səbinə Rakçeyeva (skripka), Rikardo Qosalbo (piano), və Yelena Marigomez (ikili bass) kimi musiqiçilərdən ibarətdir.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter konsertlə bağlı təəssüratlarını paylaşıb: “Hələ ötən əsrin əvvəllərində Azərbaycan ABŞ və Böyük Britaniyadan öncə qadınlara səs vermək hüququ verən ilk müsəlman ölkəsi olub. Muğam Azərbaycanda ənənəvi musiqinin əsas formasıdır ki, burada yüksək dərəcədə improvizasiya mümkündür və caz musiqisi ilə bəzi oxşarlıqlar vardır. Bugünkü konsert ölkənin mədəniyyətini qısa formada göstərməyin mükəmməl yoludur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm