Məşhur aktrisa naməlum şəraitdə dünyasını dəyişib – FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur aktrisa naməlum şəraitdə dünyasını dəyişib – FOTO

“Beverli-Hillz 90210: Yeni nəsil”, “Yeddinci səma” və “Doktor Haus” kimi seriallarda çəkilmiş aktrisa Sara Qoldberq həyatının 40-cı ilində naməlum şəraitdə vəfat edib.

Sentyabrın 6-da 40 yaşını qeyd edən Sara yuxudan ayılmayıb. Hadisə sentyabr ayının 27-də baş versə də, onun valideynləri bu haqda xəbəri bu gün ictimaiyyətə açıqlayıblar.

Saranın anası baş verənlərə hələ də inanmır. Qadının sözlərinə görə, faciə baş verməzdən öncə qızı özünü yaxşı hiss edib.

O deyib: “Sara yatmağa getdi və bir daha yuxudan oyanmadı”.

Həkimlərin aktrisanın nədən vəfat etməsini dəqiq deyə bilməsə də, qohumları onun ürək çatışmazlığından əziyyət çəkdiyini deyiblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm