Sabah Bakıda musiqi məktəbinin açılışı olacaq
Bizi izləyin

Tabloid.az

Sabah Bakıda musiqi məktəbinin açılışı olacaq

Sabah Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, sözügedən musiqi məktəbi 1978-ci ildən fəaliyyət göstərir. "Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2009-cu il tarixli Sərəncamına uyğun olaraq məktəbə görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adı verilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 2014-cü il 10 sentyabr tarixindən məktəb 11 illik təhsil sisteminə keçirilib. Hazırda məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır.

Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.

Məktəb binasının təmirdən sonra açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm