Türkiyəli müğənni Bakıda konsert verəcək – FOTO
Bizi izləyin

Tabloid.az

Türkiyəli müğənni Bakıda konsert verəcək – FOTO

Bakıda, Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən “Türkiyə Caz Festivalı” çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Türkiyəli ifaçı Oya Ergün konsert verəcək.

Publika.az-a bu barədə məlumat verən O.Ergün oktyabrın 16-da Park Bulvar tamaşaçıların qarşısına çıxacaq.

Eyni zamanda “Türkiyə Caz Festivalı”nın təşkilatçısı olan Oya Ergün açıqlamasında konserti haqqında bunları deyib: “ Mən Azərbaycanda belə bir festival təşkil etdiyim üçün çox şad oldum. Mənə bu işdə dəstək olan, Türkiyənin Azərbaycandakı səfirliyinə öz təşəkkürlərimi bildirəm. Festivalın son konsertini mən verəcəyəm. Amma o gün məni dostum, eyni zamanda, Türkiyədə sözünü demiş caz ustası olan Evrim Demirel Ensemble pianinoda müşayət edəcək. Biz Evrim beylə bir çox xarici ölkələrdə konsertlər vermişik. İllər sonra Bakıda yenidən bir araya gəlib dəyərli dostumla konsert vermək məni çox sevindirir”.

Evrim Demirel Ensemble bu gün də saat 21.30-da cazsevərlərə konsert verəcək. Qeyd edək ki, Oya Ergün və Evrim Demirel Ensemble Amsterdamda konservatoriyada birlikdə oxuyublar. E. Demirel eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərir. Demirel Avropanın ən böyük salonlarında konsertlər verib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm