“Qışqırma üstümə, arvadın-zadın deyiləm”- VİDEO
Bizi izləyin

Tabloid.az

“Qışqırma üstümə, arvadın-zadın deyiləm”- VİDEO

Bu dəfə “Bizim Cəbiş müəllim” filmindən sitatlar gətirəcəyik.

Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, Vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Filmin rejissoru Həsən Seyidbəyli, ssenari müəllifi Maqsud İbrahimbəyov, operatoru Arif Nərimanbəyov, rəssamı Məmməd Hüseynov, bəstəkarı Emin Sabitoğludur. Əsas rollarda Süleyman Ələsgərov (Cəbiş), Şəfiqə Məmmədova (Cəbişin arvadı), Muxtar Maniyev (Nəcəfov), Səfurə İbrahimova (Nəcəfovun arvadı), Ziya Seyidbəyli (Namiq), Nəsibə Zeynalova (Suğra xala), Əliağa Ağayev (Əbülfəz), Aqil Ağacanov (Makedon) çıxış edib. Bu da sitatlar…

Xeyir ola, bu gün hamınız qara geyinmisiniz?

Sabun olsaydı, ağları yuyub geyinərdik.

Görmürsən ki, müharibə gedir...

Kor deyiləm, görürəm, amma xalxın da kişiləri var da, gül kimi uşağını da saxlayır, arvadını da. Bir mən külbaşlıyam.

Uşaqlar ananız bir az əsəbiləşib, bu sözləri ürəkdən demir.

Mənə deyil, bu boyda şəhərdə Məmmədov təkcə bizik?
Sizədir, birinci dəfə deyil ki, tanıyım sizi, vallah sizədir.

Mənə bax ey, niyə qanunu pozursunuz?
...
Kim sizə ixtiyar verib ki, hökumətin qanununu pozursunuz.
Kimdir qanunu pozan, a bacı?

Birinci, elə siz, invalidi fronta aparırsınız. Görün bunun üstündə mən sizi tutdururam, ya yox.
A bacı, mane olmayın, bunu bura kim buraxıb.

Əşi, qışqırma üstümə, arvadın-zadın deyiləm sənin, demişəm, deyəcəyəm də. İndi də başlamısınız invalidləri fronta aparmağa?

Ay anam, a bacım nə invalid, hansı invalid, göstərin onu mənə görüm.
Budeyy!

Cəbhədə eynəyiniz itsə, sizə xüsusi bir adam lazımdır ki, güllənin altından çəkib çıxarsın.

Mən neyləyim e, müharibəni mən başlamamışam ki…

İkinizi də Allah öldürsün: səni də, Hitleri də. Mən olmasaydım, indi səni çoxdan davaya aparmışdılar. Üstündən belədən eləyə, elədən beləyə tanklar keçmişdi.

Durna kimi qatarından qalmısan,

Qərib-qərib min xəyala dalmısan.

Makedonu dərdə-qəmə salmısan,

Çağırdı ellər, gedərəm davaya,

Ol mənə dilbər gedərəm davaya.

Pencəyimiz yoxdur, əvəzində çörəyimiz, qəndimiz, yağımız var.

Uşaqlar, dala durun, Makedonla Namiq indi vuruşacaq.

Sən dezertirsən!
Namiq!

Bu nədir?
Buna deyərlər hədiyyə.
Bu gün sənin günündür, anadan olmusan.
Uyy, nə qəşəngdir, hardan tapmısan? Neçə vaxtdır sabun üzünə həsrət qalmışdıq, hardan tapmısan?

Özüm düzəltmişəm, iyi xoşuna gəlir? Həmin o duxinin iyidir. Müharibədən qabaq almışdım e, yadındadır, sən də götürüb tulladın ki, apteklərdə doludur.

Amma böyüyəndə bilsələr ki, onların ataları fırıldaqçı olub, utandıqlarından ölüb yerə girəcəklər.
Amma mən də görsəm ki, onlar böyüyüb atası kimi aciz olacaqlar, onda da mən yerə girəcəyəm.

Lap az qalıb. Müharibədə qələbə bizim olacaq.

Amma nə mən, nə mənim balalarım o günü görməyəcəklər.
Niyə görməyəcəklər?
Çünki o günə kimi hamımız acından öləcəyik.
Amma mən sabun bişirməyəcəyəm.

Cəbiş müəllim olmasaydı, heç bunu da verməyəcəkdilər.
Bizim Cəbiş də bir işə yarıyarmış.

Nədir ki, adım xoşuna gəlmir?

Ləzzət, jmıx.

Pulun var sənin?
Sənin yox sizin.
Pulun var sizin?


Zəmanə pisdir, yetənə yetirlər, yetməyənə daş atırlar. İcazə ver, girim qoluna, elə bilsinlər ər-arvadıq.

Mənim ayda bir dəfə arvadımla bazara çıxmağa ixtiyarım yoxdur?

Əbülfəzə niyə salam vermirsən?
Ona görə ki, alverçidir. Deməli, bizim cəmiyyətin düşmənidir.
Lap nə olur-olsun. Ailəsini ki saxlayır. Uşaqları ki acından ölmür. Lap bəziləri kimi yox.
Mən ona nə salam verəcəyəm, nə də salamını alacağam.


Buna qalsa, bizim evdə heç nə qalmayacaq, boş dəm-divar, bir də biz. Qalan nə varsa çıxarcağam bazara...

Eşidirsən?.. Heç vecinə də deyil.

Özün də məndən iki yaş kiçiksən, amma boyda məni ötüb keçmisən.

Stol hanı?
Budee, zənbilin içində.

Sənədlərini göstər.
Kimi?
Sənədlərini.

Qripki, yəni ayaqda göbələk. Bu da iki. Sidik kisəmdə daş var.


Mənə bax, əkil, qoşun bürüyüb aləmi, deyəsən, ablavadır.


Gözləri yaşıldır, Rusiyətdə elə hamının gözü yaşıldır.


Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm