Tanınmış türk sənətçi vəfat etdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tanınmış türk sənətçi vəfat etdi – FOTOLAR

Tanınmış sənətçi Ciquli dünyasını dəyişib.

Bolqar türkü olan sənətçinin ölüm xəbəri barədə həmkarı Onur Akay sosial şəbəkədəki profilində bunları yazıb:

“Sosial mediada bundan öncə 3 dəfə Ciqulini “öldürdükləri” üçün, bu dəfə də ölüm xəbərinə inanmadım. Amma nə yazıq ki, xəbər doğrudur. O, dünən axşam saat doqquzda Bolqarıstanın paytaxtı Sofiyadakı xəstəxanaların birində əməliyyat olunub. Amma ciyərlərindəki problemə görə narkozdan ayılmayıb. Ailəsinin başı sağ olsun. Onun cənazəsi Bolqarıstanın Haskova şəhərində torpağa tapşırılacaq”.

Qeyd edək ki, 1957-ci ildə Bolqarıstanda anadan olan, rəsmi adı adı Angel Jordanov Kapsov, əsl adı Ahmet olan Ciquli Türkiyədə “Binnaz” adlı mahnısıyla tanınıb. O dövrdə Bolqarıstanda islami və türk adlarıyla bağlı tətbiq olunan qadağaya görə sənətçinin adı rəsmən Ahmet kimi qeydiyyata alınmayıb.

Çox gözəl və sürətli akkordion ifa etdiyi üçün onu sovet dövrünün sürətli maşınlarından olan “Jiquli” ilə müqayisə ediblər və “Ciquli” ləqəbi də məhz buradan yaranıb. Beş uşaqlı ailədə böyüyən Ciqulinin atası Hüseyn kişi hambal, anası isə süpürgəçi olub. 1972-ci ildə atası dünyasını dəyişəndən sonra ailənin yükü də məhz Ciqulinin üzərinə düşüb. 1974-cü ildə Aytən adlı xanımla evlənən sənətçinin İbrahim və Ferdi adında iki oğlu var. 1990-cı ildə Türkiyəyə gələn mərhum sənətçi 1991-ci ildə Çakıl Kazinosunda Hülya Avşarı, ardınca isə İbrahim Tatlısəs, Sibel Can kimi digər məşhur türk sənətçilərini müşayiət edib. 1998-ci ildə çəkilən “Bizim Sokak” adlı serial isə onu daha geniş tamaşaçı auditoriyasına tanıdıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm