Məşhur bacılardan xəbər var – FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur bacılardan xəbər var – FOTO

Xalq artistləri Fidan və Xuraman Qasımovalar Almaniyanın Düsseldorf şəhərində konsert proqramı ilə çıxış ediblər.


Publika.az-ın məlumatına görə, konsertin təşkilatçısı Troysdorfda fəaliyyət göstərən Alman-Azərbaycan dostluq cəmiyyəti olub.


Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi də sənətkarlarımızın konsertinə öz dəstəyini əsirgəməyib.


Konsertdən əvvəl Almaniya və Azərbaycan arasında son zamanlarda daha da möhkəmlənən əlaqələrdən, xüsusilə mədəniyyət sahəsində keçirilən ortaq çoxsaylı tədbirlərdən söhbət açılıb. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə böyük işlər gördüyü vurğulanıb.


Konsertin repertuarına Avropa və Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib.


Xalq artistləri Fidan və Xuraman Qasımovaların ifası alqışlarla qarşılanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm