İki türk serialına qadağa qoyuldu – FOTOLAR
Bizi izləyin

Tabloid.az

İki türk serialına qadağa qoyuldu – FOTOLAR

Türkiyənin Diyanət Komitəsi ATV-də yayımlanan “Digər yarım” və “Kərtənkələ” seriallarının məscidlərdə çəkiliş etməyinə qadağa qoyub.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qurumun İstanbul şöbəsi də bu qərarın icrasına başlayıb. Qərarın dəyişdirilməsi üçün quruma müraciət edən şirkət rədd cavabı alıb. İstanbul müftisi Rəhmi Yaran məsələni belə şərh edib:

”Bizim məscidimizdə saxta imam ola bilməz. Serial çəkilişi olduğunu başa düşürük. Amma istənilən halda bu, yolverilməzdir. İctimaiyyət də bu barədə bizimlə həmfikirdir. Onların fikirlərini görməzlikdən gələ bilməzdik”.

“Kərtənkələ” serialının prodüseri Yalçın Şen isə dövlət məmurunun fikirlərinə qarşı çıxıb:


“Bu layihə o paltarlara gerçək haqqını təslim edəcək layihədir. İmamları təhqir etmirik, əksinə, təbliğ edirik. Bu irəlidəki seriyalardan daha dəqiq aydın olacaq".

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm