Özcan Dəniz gözlənilməz öpüşü şərh etdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Özcan Dəniz gözlənilməz öpüşü şərh etdi - FOTOLAR

Tanınmış türk müğənni Özcan Dəniz İstanbulda təşkil olunmuş mərasimdə başına gələn hadisəni şərh edib. Belə ki, Les Ottomans hotelinin sahibi Ahu Aysal ona mükafat vermək üçün səhnəyə çıxan Özcan Dənizi dodaqlarından öpmüşdü.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Özcan Dəniz gözlənilməz öpüşü belə şərh edib:

“Ahu xanım məni öpmür, şişirir. Zarafat bir yana, amma bu dostcasına bir hərəkət idi”.

Maraqlıdır ki, Aysal mükafatını aldıqdan sonra da Özcan Dənizə sarılıb "Səni çox sevirəm, canım" deyərək, onu otelinə dəvət etmişdi. Qeyd etmək yerinə düşər ki, bu Ahu Aysalla bağlı ilk belə hal deyil. O, bir müddət öncə başqa bir tədbirdə Ajda Pekkanı da dodaqlarından öpmüş və həmin foto da uzun müddət Türkiyədə müzakirə olunmuşdu.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm