İt tanınmış müğəninin arvadına hücum etdi-FOTOLAR
Bizi izləyin

Tabloid.az

İt tanınmış müğəninin arvadına hücum etdi-FOTOLAR

Tanınmış türk müğənni Coşkun Sabahın yoldaşı Ceyda Sabah Bəbək bölgəsində piyada yürüş edərkən Cevdetpaşa prospektində doberman cinsindən olan bir itin hücumuna məruz qalıb.

Publika.az-ın məlumatına görə, it sənətçinin həyat yoldaşının qolunu dişləyib. Sənətçi və ailəsi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayətdə itin xaltasının lazım olduğundan uzun olduğu qeyd olunur. Məlumata görə, prokurorluq şahid ifadələrini və tibbi ekspertizanın rəyini nəzərə alaraq, itin sahibi və baxıcısı barədə cinayət işi qaldırıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm