Türkan Şorayın rəfiqəsi: “Çox sevişdiyimizi danışırdıq" - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkan Şorayın rəfiqəsi: “Çox sevişdiyimizi danışırdıq" - FOTOLAR

Türkiyə kinosunun “Yeşilçam” adlanan dönəminin nəhəngləri Türkan Şoray, Filiz Akın və Müjde Ar 24-cü Beynəlxalq İncəsənət Sərgiləri Şərəf Mükafatları mərasimində bir araya gəliblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil edilən mərasimdə eyni masanı paylaşan Türkan Şoray, Filiz Akın və Müjde Ar xeyli əyləniblər. Müjde Arın gülməli xatirələri Şoray və Akını qəhqəhələrə boğub. Ardınca pıçıldaşma xarakteri alan söhbətlə əlaqədar jurnalistin sualına Müjde Ar belə cavab verib:

“Çox sevişdiyimizi danışırdıq".

Müjde Arın sözlərinin səhv başa düşüləcəyindən narahat olan Akın əlavə edib:
“O sözü əsla fərqli anlamayın. Bir-birimizə olan sevgimizi dilə gətirdi”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm