Tabloid.az
İsrafil İsrafilovdan əməkdar artistlə bağlı AÇIQLAMA
“Əməkdar artist Telman Əliyevin Akademik Milli Dram Teatrından işdən çıxarılması ilə bağlı deyilənlər əsassızdır”.
Bu fikirləri Publika.az-a açıqlamasında teatrın direktoru İsrafil İsrafilov səsləndirib.
Direktor bildirib ki, noyabrın 16-da T.Əliyevlə bağlanmış müqavilənin müddəti başa çatır:
“Onun bizimlə müqaviləsi bitir. Yeni müqavilə imzalana da bilər,
imzalanmaya da. İndiki halda biz müqaviləni yeniləmirik. Yəni, bu,
işdən çıxarılmaq deyil. Telman Əliyev heç vaxt ştatda olmayıb,
həmişə müqavilə ilə işləyib. Mən direktor təyin olunmamışdan əvvəl
də o, burada müqavilə ilə çalışırdı”.
Əməkdaşımızın “Telman Əliyevlə müqavilənin yenilənməməsi onun
son günlər sizin və teatrın ünvanına səsləndirdiyi tənqidi
fikirlərlə bağlı ola bilərmi” sualına İsrafil İsrafilov belə cavab
verib:
“Onun tənqidi fikirlərinin əksəriyyəti həqiqətəuyğun deyil. Bunu
istənilən şəkildə yoxlamaq da olar. Telman Əliyevin fikirləri
məlumatsız auditoriyaya hesablanmış boş şeydir. Onun
danışdıqlarının heç birinin əsası yoxdur. Ola bilər ki, qəzəblənmiş
adam kimi hissə qapılıb”.
Direktor əməkdar artistlə yenidən əməkdaşlıq edəcəklərini də
istisna etməyib:
“Amma o, yenidən teatra dəvət oluna bilər. Həm də repertuarımızda
oynadığı rollar var. Gəlib həmin rollarını oynaya və bunun
müqabilində qonorarını ala bilər. Bütün teatrlarda aktyor çıxışına
görə qonorar alır”.
Qeyd edək ki, aktyorun işdən çıxarılmasına Aznews.az-a verdiyi “Direktor “Azdraman”ı məhv edir” başlıqlı müsahibənin səbəb olduğu deyilir.
İntiqam VALEHOĞLU
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu