Müğənnilər “Qocalar evi”nə getmək üçün pul istəyirlər - Foto
Bizi izləyin

Tabloid.az

Müğənnilər “Qocalar evi”nə getmək üçün pul istəyirlər - Foto

Çəkiliş olsa gedərik - deyirlər

Ötən gün şou əhli qocalar evində olub. Publika.az xəbər verir ki, bir qrup gənc Mərdəkanda yerləşən müalicə pansionatında xeyriyyə tədbiri keçirib, qayğıya və nəvazişə ehtiyacı olan əlil və qocaları ziyarət ediblər.

Tədbirdə prodüser Təranə Səmədova, müğənni Yaşar Yusub, Yaşar Cəlilov, İlahə İbadova, Zarina kimi məşhur simalar iştirak edib, sevilən mahnıları ilə onları sevindiriblər. Xeyriyyə tədbirinin təşkilatçısı Turanə Qasımova şou əhlini bir ayağa yığmaqda çətinlik çəkir. Qonorar və media güdən şou əhli barəsində təşkilatçı belə söyləyir:

“ Bu tədbirimizi insanlıq borcu kimi yerinə yetirmişik. Biz də istəyirik ki, müğənnilər gəlib, yarım saatlıq bu insanları sevindirsin. Bunun üçün bir çox müğənniləri dəvət etmək istədik. Ancaq bizim müğənnilər media və telekanalları soruşur, onlar olursa, biz də gələrik - deyirlər. Bizi tək qoymayan müğənnilər də var. Keçən il isə 6-7 müğənni xeyriyyə tədbirindən oxumaq üçün pul istədi. Deyirlər ki, qonorar verin, biz də gəlib oxuyaq”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm