Azərbaycan serialında indiyədək görünməmiş sirli obraz yaradılır - FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycan serialında indiyədək görünməmiş sirli obraz yaradılır - FOTO

“Azad Azərbaycan” televiziyasında yayımlanan “Pərvanələrin rəqsi” serialının bütün işçi kollektivi ən çətin iş qrafiki ilə çalışırlar. Bu barədə Publika.Az-a serialın rejissoru Rövşən İsaq çəkiliş meydançasından məlumat verib.


“Bu dəqiqə çəkilişlər davam edir. İşin ən qızğın vaxtıdır. Gecə-gündüz, səhər-axşam... evimiz-eşiyimiz yoxdur. Daha çox sürücülərimiz əziyyət çəkirlər. Ağır iş rejimidir. Fiziki əziyyət var, psixoloji əziyyət yoxdur. Ancaq çalışırıq ki, serialın bölümlərini tamamlayaq”.

R.İsaq bildirib ki, serialın növbəti bölümlərdə heç kimin görmədiyi, bilmədiyi sirr saxladıqları obraz olacaq. O, bunun üçün ssenariyə müvafiq olaraq yeni aktyorlar cəlb olunacağını deyib.

Rejissor onu da qeyd edib ki, serialın müəyyən hissələrinin xarici ölkələrdə çəkilməsi məsələsi filmin büdcəsi ilə əlaqədardır:

“Xarici ölkələrdə çəkiliş aparmaqdan ötrü (yaxın ölkə olan Türkiyə və Rusiyanı nəzərdə tuturam) burada ən azı 8 nəfərlik qrup ilə getməyimiz üçün 10 min manata yaxın vəsait tələb olunur. Bizim də buna imkanımız çatacaq büdcəmiz yoxdur. Çəkilişlər yalnız Azərbaycan daxilində olacaq. Bugünlərdə Qəbələdə çəkilişlər aparılacaq. Ümumiyyətlə, Azərbaycanın Şimal və Qərb bölgələrinə daha çox üz tutacağıq”.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm