Toya bir gün qalmış kliniki ölüm keçirdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Toya bir gün qalmış kliniki ölüm keçirdi – FOTOLAR

Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının məşqlərinə başlanılıb.

Tamaşanın quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov Publika.az-a bildirib ki, “Toya bir gün qalmış” günümüzlə səsləşən, aktual problemləri qabardan bir əsərdir: “Öncə yaratdığı şərait üçün teatrın direktoru Əliqismət Lalayevə təşəkkürümü bildirmək istəyirəm. Tamaşanın əsas ideyası “İnsanlara kömək edin, biganəlikdən əl çəkin!” şüarını çatdırmaqdır. Qızının toyuna bir gün qalmış nazir evində oturduğu yerdəcə ölür. Arvadı qərara gəlir ki, bunu hamıdan gizlətsinlər. Düşünür ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vura bilər. Beləliklə, maddi maraqlar mənəvi tərəfi üstələyir. Evdə ölü ola-ola hamı çalıb-oynayır. Sonda məlum olur ki, əslində, kişi ölməyib, sadəcə kliniki ölüm keçirib. Ən maraqlı hadisələr isə o ayıldıqdan sonra baş verir. Nə baş verdiyini bilmək istəyənləri tamaşaya baxmağa dəvət edirik”.

Qeyd edək ki, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanova olan tamaşanın premyerası dekabrın ortalarına nəzərdə tutulur. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas obrazları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm