• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Lalə Dadaşova: “Rəmiş o musiqiçilərin əlinə su tökə bilməz” – QALMAQAL

Lalə Dadaşova: “Rəmiş o musiqiçilərin əlinə su tökə bilməz” – QALMAQAL

Tanınmış gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov – red.) zəhərlənməsiylə bağlı xəbərlər son günlər mətbuatın gündəmində olan məsələlərdəndir.

Sənətkarla bağlı yayılan xəbərlər onun sənət yoldaşları tərəfindən də birmənalı qarşılanmayıb. Tanınmış müğənni Lalə Dadaşova Publika.az-ın əməkdaşı ilə əlaqə saxlayaraq, sözügedən məsələyə münasibətini açıqlayıb.

- Rəmiş vaxtilə çox gözəl sənətkar olub. Onun sənətini danan adamın Allah boynunu sındırar. O vaxt Rəmişi zəhərləmədilər, indi qoca vaxtında kimə lazımdır ki, onu zəhərləsinlər? Bu dəqiqə elə musiqiçilər var ki, Rəmiş onların əlinə su tökə bilməz. Siz nə danışırsınız e?! Bilirsiniz, necə gözəl gitara ifaçıları var?!

- Yəni, həmin ifaçılar Rəmişin pik vaxtlarından da güclüdürlər?

- Əlbəttə. Rəmişin lap pik vaxtlarından da güclü Elman var.

- Bəs Rəhman Məmmədli necə?..

- Elə Rəhman özü də. Bunlar güclü gitaraçılardır. Vaxtilə Zeynəb Xanlarovanın ansamblında bir oğlan var idi. Deyəsən, adı Fikrət idi. Ondan sonra Cəbrayıl adlı gitara ifaçısı da yadımdadır. İndi də gözəl musiqiçilər var. Amma onlardan “axsaq” musiqiçilər hamısı üzdədirlər.

- Sizcə, Rəmiş niyə belə edir?

- Mən bilmirəm niyə belə edir. Demək istədiyim odur ki, nəyə lazımdır belə şeylər? Həyat yoldaşı çıxıb deyir ki, mən belə deməmişəm, elə deməmişəm. Bu dəqiqə camaat bezib e. Camaat televizoru açır ki, bir gözəl sənət görsünlər, folklor görsünlər, muğama qulaq assınlar. Rəmiş oturub çalsın, camaat da feyziyab olsun. Amma bu zəhərin söhbətə nə dəxli var? Ayıbdır e, vallah ayıbdır. Nəyə lazımdır belə söhbətlər? Bu dəqiqə elə sənətkarlar var ki, sadəcə, üzdə deyillər. Mənim Rəmişə qarşı şəxsi qərəzliyim, pis niyyətim yoxdur. Bir musiqiçi və sənətkar kimi deyirəm ki, ondan gözəl musiqiçilər var, nə oldu onları zəhərlənmədilər, Rəmişi bu vaxtında zəhərlədilər? Bunu hamımız bilirik ki, Rəmiş artıq o Rəmiş deyil. İndi hamı pul qazanmaq istəyir. Lap yüz yaşına kimi sənətkar sənətkardır. Xahiş edirəm, belə də qeyd edin. Vaxtilə mən də bir nömrəli qarmonçalan idim.

- Bəs indi niyə qarmon çalmırsınız?

- Çünki yaş keçdikcə barmaqlar işləmir, insan yorulur, qol yorulur, əziyyət çəkir. Rəmişi də başa düşmək olar. Vaxtilə ciddi xəstəliklər keçirib. Bəlkə, indi Rəmişin 20 yaşı olsaydı, qarşısında heç kim dura bilməzdi. Amma indi Rəmiş kimə mane olur ki, onu zəhərləsinlər?

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR