Tabloid.az
Xalq artistinin oğlunun səsi Rusiyadan gəldi – FOTO
Vasili Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin iştirakı ilə görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin “Demon” operasının premyerası keçirilib.
Təssüratlarını Publika.az-la paylaşan Əyyub
Quliyev tamaşanın dahi rus şairi və mütəfəkkiri Mixail Lermontovun
anadan olmasının 200 illiyinə həsr edildiyini bildirib: “Layihənin
rəhbəri və təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət
Nazirliyi və V.Safonov adına Rusiya Dövlət Filarmoniyası idi.
Əsərin ifasını böyük maraqla izləyən dinləyicilər tamaşanın sonunda
bizi və rusiyalı ifaçıları uzun müddət alqışlarla
qarşıladılar”.
Operada əsas rolları beynəlxalq müsabiqələr laureatları Sergey
Maydanov, Yelena Filimonova, Mixail Xojigirov, Natalya Starkova,
Aleksey Ronçuqov və Yevgeni Bulıçevski oynayıblar. Tamaşada,
həmçinin filarmoniyanın akademik simfonik orkestri və xoru (bədii
rəhbər Alina Muxamedjanova) iştirak ediblər.
Öyrəndik ki, tamaşanı izləmək üçün Moskva və Sankt-Peterburq
şəhərlərindən qonaq gəlmiş görkəmli musiqiçilər – Rusiya
Federasiyasının xalq artisti, Sankt-Peterburq Musiqi Evinin
rəhbəri, P.Çaykovski adına beynəlxalq müsabiqənin münsiflər
heyətinin sədri, Marinski Teatrının dirijoru, professor Sergey
Roldugin, Rusiyanın xalq artisti, professor Yelena Mirtova, bu
ölkənin əməkdar artisti, məşhur orqan ifaçısı Svetlana Berejnaya,
beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu Aleksey
Orlovetski dirijor Əyyub Quliyev və digər ifaçılara bu mürəkkəb
əsərin məharətli təfsirinə görə minnətdarlıqlarını bildiriblər.
V.Safonov adına Rusiya Akademik Filarmoniyası bu ölkənin ən qədim
musiqi ocaqlarından biridir. 2015-ci ildə filarmoniya 200 illik
yubileyini qeyd edəcək. 2013-cü ildə Əyyub Quliyev həmin orkestrin
baş dirijoru təyin olunub. Bununla bərabər, o, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının dirijoru və Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının baş müəllimi kimi musiqi
mədəniyyətimizin inkişafı prosesində iştirak edir.
Cəvahir
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi