Ziya Gökalpa həsr olunmuş elmi konfrans keçirilib
Bizi izləyin

Tabloid.az

Ziya Gökalpa həsr olunmuş elmi konfrans keçirilib

İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli türkçü alim Ziya Gökalpın həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Türk Dünyası Araşdırmaları Vakfıtərəfindən təşkil olunan, elm və mədəniyyət xadimləri, ədəbiyyatçılar, tələbələr, şəhər ictimaiyyətinin digər təmsilçilərinin iştirakı ilə keçirilmiş konfransda tanınmış sosioloq, professor Orxan Türkdoğanın “Ziya Gökalp və günümüzün problemləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə qeyd olunub ki, bütün şüurlu həyatını türk xalqlarının hərtərəfli inkişafına sərf edən Z.Gökalp xalqlarımızın mənəvi zənginliyini artırmaq, intellektual yüksəlişə nail olmaq üçün insanların qəlbinə və düşüncəsinə yol tapa bilən dünya şöhrətli nəzəriyyəçidir. Zaman keçdikcə onun elmi irsindən hərtərəfli bəhrələnməyə daha böyük ehtiyac hiss olunur. Çünki onun nəzəriyyələri bütün dövrlərdə aktuallığını qoruyur.

Sonda məruzəçi iştirakçıların suallarını cavablayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm