Tabloid.az
“Ona şou-biznesdə olan “çaqqal“lar, “pişik“lər imkan vermədilər“ - FOTOLAR
Publika.Az xəbər verir ki, “pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovanın (Pişik Günel) keçmiş həyat yoldaşı Fərrux Faziloğlu təxminən bir neçə gün bundan əvvəl üzərində gəzdirdiyi narkotiklə yaxalanması səbəbi ilə10 il müddətinə azadlıqdan məhrum olunub.
Məsələ ilə bağlı Günel ilə əlaqə saxladıq. O, bildirdi ki, onun
üçün Fərrux söhbəti illər əvvəl bağlanıb:
“Ümumiyyətlə, o, mənə maraqlı deyil. Sadəcə olaraq, bir şey bilirəm
ki, hər bir insan öz etdiyi əməlinə görə cavab verir. Bu barədə
danışmaq istəmirəm. O insanla bağlı məni heç nə maraqladırmır”.
Müğənni Mehrim də vaxtilə duet ortağı olan Fərruxun həbs olunması
ilə bağlı münasibətini açıqladı:
“Bu şou-biznesi dağıtmaq lazımdır. Şou-biznesdə mədəniyyətdən,
əxlaqdan uzaq işlər baş verir. Burada hamı bir-biri ilə düşməndir.
Şou-biznes elə məkandır ki, şou... biznes isə alqı-satqıdır. Onlar
nəinki öz səslərini, öz bədənlərini də satırlar. Mən şou-biznesdən
iyrənirəm. Onu bilirəm ki, həmin insan şou-biznesə gəldi, bədbəxt
oldu. Bir çoxları şou-biznesə gəlib bədbəxt olublar. O, nə Günelin,
nə də pişiyin tayı idi. O, gənc idi. Normal, yaxşı uşaq idi.
Oxumaq, çalışmaq istəyirdi. Onun istedadı da, səsi də vardı.
Fərruxun və Nadir Qafarzadənin səsini fərqləndirəndə, Fərruxun səsi
gözəl idi. Onun iki oktava yarım səsi vardı. Sadəcə olaraq, onun
çalışmasına şou-biznesdə olan çaqqallar, “urotlar”, “pişiklər”
imkan vermədilər. O, şou-biznesdə qatılandan sonra ailəsi dağıldı.
Ailəsi deyəndə, valideynlərini, qardaşları nəzərdə tuturam”.
Qeyd edək ki, Fərrux Faziloğlu bir müddət ifaçılıq fəaliyyəti ilə
məşğul oldu. O, şou-biznesdə olduğu vaxtlarda müğənni Günel
Ələkbərova ilə 5-ay rəsmi nikahda qaldı. Həmin ərəfələrdə müğənni
Mehrim ilə yeni duetini ifa etdi.
Fuad Mədətov
Publika.Az
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ