İlhamə ilə Nuri Sərinləndirici arasında “Sevgi nağılı” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

İlhamə ilə Nuri Sərinləndirici arasında “Sevgi nağılı” - FOTOLAR

Xalq artisti, İlhamə Quliyeva ilə Nuri Sərinləndirici yaxın günlərdə "Sevgi nağılı" adlı duetlərini dinləyicilərə təqim edəcəklər.


Publika.az-a bu barədə Nurinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən teleaparıcı və rejissor Lamiyə Ələkbərqızı məlumat verib: “İlhamə xanımla Nurinin duet oxuması ideyasının təşəbbüskarı mən oldum. Söz və musiqisi Faiq Erola məxsus olan “Sevgi nağılı” mahnısını seçənə qədər bir neçə bəstəkar öz əsərlərini bizə təqdim etmişdi. Uzun müzakirələrdən sonra komanda olaraq qərar verib, bu duetin yazılmasını lazım bildik”.


Bu duet nə internetdə yerləşdirilib, nə də radio dalğalarında səslənib: “Yekdilliklə qərar verdik ki, "Sevgi nağılı" mahnısına kliplə birgə tanıtım edək. İstəyimizə çatdıq deyə bilərəm. Moskvada böyük bir yaradıcı heyət ekran işinin çəkilişlərini mükəmməl şəkildə gerçəkləşdirdilər. Ostankinoda çalışan peşəkar komandanın əziyyətini məxsusi vurğulayıb onlara təşəkkür edirik. Süjet xəttini açıqlamaq istəmirəm. Bircə onu deyim ki, İlhamə xanımla Nuri aktyor bacarıqlarını maksimum sərgilədilər. Onlar tərəf müqabili kimi çox mükəmməl görünürlər. İnşallah, klipə baxan tamaşaçılar bu sözlərimə haqq qazandıracaqlar”.


Məlumat üçün bildirək ki, sabahdan etibarən ekran işinin montajına start veriləcək.


“Sevgi nağılı”nın təmtəraqlı təqdimatı Yeni il ərəfəsində, Bakıda baş tutacaq. Həmin tədbirə media nümayəndələri ilə yanaşı, sənət dünyasının say-seçmə ulduzları da dəvət olunacaqlar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm