Stinq ABŞ-ın ən yüksək mükafatını aldı
Bizi izləyin

Tabloid.az

Stinq ABŞ-ın ən yüksək mükafatını aldı

Dünyanın beş məşhur incəsənət xadimi Amerikanın ən yüksək mükafatına layiq görülüb.

Publika.az-ın məlumatına görə, Vaşinqtondakı Kennedi Mərkəzinin 37-ci ildir keçirilən ənənəvi mərasimində mükafatlar müğənni Ela Qrinə, aktyor Tom Henksə, balerina Patrisiya Makbreydə, komediya ustası Lili Tomlinə və Britaniyanın pop müğənnisi Stinqə təqdim edilib.

Əfsanəvi sənət ustaları bu şərəfli günü prezident Barak Obama və birinci xanım Mişel Obama ilə birgə qeyd edib.

Məşhur komediya ustası və satiraçı Stefen Kolbertin aparıcılıq etdiyi mərasim Birləşmiş Ştatların televiziya kanallarında dekabr ayının 30-da nümayiş etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm