Tabloid.az
Bakıda postmoderntistlərin Vətən şeirləri səhnələşdirildi - FOTOLAR
Ötən gün Yuğ teatrında "Bu bizik" gənclər qrupunun hazırladığı poeziya teatrı psinsiplərinə uyğun "Qarabağ vaxtı" interaktiv tamaşasının təqdimat mərasimi keçirildi.
Publika.Az-ın verdiyi məlumata görə, tamaşanın əsas mövzusu
"Qarabağ bizdən həmrəy olmağı tələb edir. Gəlin həmrəy olmağı məşq
edək" idi. Tamaşada postmodern şairlərin vətən, Qarabağ haqqında
şeirləri səhnələşdirilmiş şəkildə təqdim olunub.
Tamaşanı izləməyə gələnlər işğal altında olan Qarabağa
qovuşmağımızın reseptini tamaşaya rejissorluq edən Samir Salamın
dilindən eşitdilər: "Qarabağı öncə düşüncələrimizdə almalıyıq,
sonar düşmənin üstünə getməliyik".
Bütün tamaşa boyu uşağın "həmrəylik nədir?" sualına interaktiv,
zalda əyləşən tamaşaçıların köməyi ilə maraqlı və qeyri-adi
cavablar verildi.
Yaradıcı qrupun diqqət çəkən şeir təqdimatlarından biri ustad söz
sahibi Baba Pünhanın obrazını yaradan gəncin onun şeirlərini özü
oxuduğu kimi təqdim etməsi oldu. Bundan başqa Qarabağ müharibəsində
bayraq altında döyüşə gedən kişiylə bayrağı toxuyan qadının
dioloqu, iki cinsin nümayəndələrinin sözlü deyişməsi, bir
döyüşçünün qadın formasındakı ruhla və öz vicdanıyla söhbəti, ATƏT
haqqında postmodern yumoristik şeir tamaşada ən diqqətçəkən
məqamlardan biri idi.
Səsləndirilən şeirlər ud və nağaranın köməyi ilə ətrafa rəngarəng
ahəng saçırdı. Gənclər əsasən bu günə qədər heç yerdə eşidilməyən
Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının, gənc
şair Kəramət Böyükçölün və başqalarının vətənpərvərliklə,
həmrəyliklə bağlı şeirlərini ifa ediblər. Qeyri-adi üslubda yazılan
şeirlər içərisində Sabir Rüstəmxanlı və Bəxtiyar Vahabzadənin bir
şeirini tamaşanın leytmotivinə uyğun olduğu üçün ifa edildi.
Tamaşanın iştirakçıları Tural Əhməd, Günel Lətfi, Əbülfəz
Fətəliyev, Kəmalə İsmayıllı, Sənan Əlləz, İlqar Babayev, Elşad
Quliyev(nağara), Şəhriyar Musayev(ud), Təbriz Əmrahov, Nailə
Binnətzadə(dua edən qızcığaz rolunda) kimi istedadlı gənclər
oldu.
Sonda körpə bir qızcığaz qeyri-adi dua oxuması ilə tamaşa
bitdi.
Qeyd edək ki, gənclərdə, əsgərlərdə, diasporamızda vətənpərvərlik
hisslərinin genişləndirilməsi üçün tamaşanın universitetlərdə,
hərbi hissələrdə, diaspor mərkəzlərində nümayiş etdirilməsi
planlaşdırılır. Ən sonda paytaxt teatrlarının birinin böyük
səhnəsində qala-təqdimat keçiriləcək.
"Bu bizik" yaradıcı qrupu başlıca olaraq vətənpərvərlik
tədbirlərinin, ədəbi-bədii gecələrin, tamaşa və konsertlərin,
müsabiqələrin təşkili ilə məşğuldur. Bu günə qədər Milli Qərhəman
Mübariz İbrahimova həsr olunmuş "Sevgi qurbanı" müzikli qrupun
gerçəkləşdirdiyi ən parlaq layihələrdəndir. Qrupun məqsədi
millətimizin müsbət cəhətlərini , gözəl xüsusiyyətlərini həm ölkə
daxilində, həm də ölkə xaricində təbliğ etmək, insanlarımızda yeri
gəldikdə, qürur hissi ilə "bu bizik" demək bacarığını, vərdişini
formalaşdırmaqdır. Qrupun rəhbəri Bəybala Mirzəyevdir.
Əlavə edək ki, tamaşaya tamaşaçı qismində qatılanlar içərisində
xalq artistləri Flora Kərimova və Alim Qasımov və Dünya
Azərbaycanlıları Konqresinin həmsədri, yazıçı Sabir Rüstəmxanlı var
idi.
Nailə RÖVŞƏNQIZI
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR