Fəxri ad almış tanınmış aktrisamız: “Hələ də ağlayıram”
Bizi izləyin

Tabloid.az

Fəxri ad almış tanınmış aktrisamız: “Hələ də ağlayıram”

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ilk təəssüratını Publika.az saytı ilə bölüşüb.

Hazırda Türkiyədə olan Abbasova əməkdaşımızla söhbətində göz yaşlarına hakim ola bilmədiyini söyləyib:

“İnanılmaz dərəcədə xoşbəxtəm. İyirmi dörd ildir Türkiyənin ən böyük teatrında - İstanbul Şəhər Teatrlarında həm aktrisa, həm də rejissor kimi fəaliyyət göstərən yeganə azərbaycanlı qadın sənətçiyəm. Sənət adamı olaraq bu xəbər məni çox duyğulandırdı. Dövlətimlə, vətənimin insanları ilə qürur duydum. Hər şeydən öncə məni bu ada layıq görən, sənətin və sənətkarın yanında olan, onlara daim dəstəyini əsirgəməyən cənab prezidentimiz İlham Əliyevə çox-çox təşəkkür edirəm. Mənə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Sevincim sonsuzdur. O qədər telefon zəngləri, təbrik mesajları aldım ki... Onların arasında tanımadığım insanlar da var idi. İnanın ki, ağlamaqdan hələ də özümə gələ bilməmişəm. Məni ən çox sevindərən o idi ki, təbirk edən hər kəs bu adı haqq etdiyimi deyirdi”.

Aktrisa bildirib ki, aldığı fəxri ad onun məsuliyyətini daha da artırıb:

“Bu, bir sənət insanı üçün çox gözəl duyğudur. Alnının təriylə, dişinlə, dırnağınla yüksəldiyin pillədə dövlətindən, xalqından uzaqda olsan da, onların sənin yanında olmağını bilmək möhtəşəm hisslər yaşadır insana. Sözlə ifadə edilməsi mümkün olmayan anlardır. Bundan sonra məsuliyyətim daha da artdı”.

M.Abbasova ölkəmizi xaricdə təmsil edən sənət adamlarına verilən dəyərdən də danışıb:

“Xarici ölkələrdə bir çox sənətçi həmyerlilərimiz var. Dövlətimizin bizim yanımızda olmağını bilmək insanı ruhlandrır, ümid verir. Uzun illərdir balaban sənətini dünyada tanıdan Əlixan Səmədovun əməkdar artist fəxri adına layiq görülməyi məni inanılmaz duyğulandırdı. Söz veririk ki, dövlətimizin bizə əmanət etdiyi bu adı, üçrəngli bayrağımızı vətəndən uzaqlarda şərəflə, namusla daşıyacağıq. Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm