Vəfa Zeynalovadan etiraf: “O arzumu ürəyimdə boğdum”
Bizi izləyin

Tabloid.az

Vəfa Zeynalovadan etiraf: “O arzumu ürəyimdə boğdum”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalova ürəyində boğduğu arzularından danışıb.

Publika.az-ın məlumatına görə, cazibədar aktrisa vaxtilə Cülyettanı oynamaq arzusunda olub. Amma sonradan yaş baryerinə görə, bu arzusundan vaz keçməli olub: “İki il əvvəl Cülyettanı oynamaq istəyirdim. Amma indi istəmirəm, o arzumu ürəyimdə boğdum. Söz yox ki, indi də oynayaram, amma onda da özümü zorlayaraq oynamış olacağam.

Onda da rol səmimi alınmayacaq və tamaşaçını inandıra bilməyəcəyəm. Çünki indiki tamaşaçı real tamaşaçıdır, onu aldatmaq olmaz. Çoxları deyir ki, gənc qız rollarında oynamaq üçün fakturan imkan verir, oyna. Amma yaşa dolduqca baxışlar dəyişir. İndi mənim üçün 14-15 yaşlı qızı oynamaq gecdir. Amma öz yaşıma uyğun obrazları həvəslə oynayaram. Onu da deyim ki, belə gözəl obrazlar çoxdur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm