“Sovetski”dəki abidələr söküləcək?
Bizi izləyin

Tabloid.az

“Sovetski”dəki abidələr söküləcək?

“Sovetski” adlanan ərazidə bir çox binaların tarixi və ya memarlıq əhəmiyyəti çox aşağıdır. Onlara baxış keçirəndən sonra bu qənaətə gəlmişik”.

Publika.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Әbülfəs Qarayev “Sovetski”də yerləşən tarixi abidələrin taleyi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. O bildirib ki, hazırda həmin ərazidə 118 tarixi abidə var: “Əlbəttə, orada yerləşən binaların arasında bəziləri yerli əhəmiyyətlidir. Amma elə binalar var ki, onların da əhəmiyyəti o qədər çox deyil. Sadəcə, onların üzərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb. Bilirsiniz ki, orada həm də Cəlil Məmmədquluzadə, Abdulla Şaiqin ev muzeyi var. O muzeylər sökülməyəcək. Ola bilər ki, onlar tarixi abidə kimi o qədər əhəmiyyətli deyil. Sadəcə olaraq, muzey olduqlarına görə onlara toxunulmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm