Sənətçilər Yeni ili belə qarşılayacaq -SORĞU+FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sənətçilər Yeni ili belə qarşılayacaq -SORĞU+FOTOLAR

Otən ili geridə qoymağa hazırlaşan sənət əhli yeni ilə yeni arzularla qədəm qoymağa hazırlaşır. 2014 kiminin həyatında gərgin, kimi üçün adi, bəziləri üçün sevincli keçdi. Təəssüratlarını Publika.az-la bölüşən sənətçilər arzularını da dilə gətirdilər.

İradə İbrahimova:“Bildiyiniz kimi, Bakıdayam, qızımla birlikdə gəldim. Həyat yoldaşım işinə görəburada deyil, bayramda yanımızda olacaq. 2014 mənim üçün gərgin il oldu. Çalışdım, amma bəhrəsini ilin sonuna doğru görməyə başladım. Əziyyətim çox oldu. 2015-də məni sevən və son illərdə fasilələrlə çıxmağıma baxmayaraq, yolumu gözləyənlərə vədlərim çoxdu. Artıq dayanmayacam, “Seneler” klipinin ardınca “Olmamalıydı” klipi təqdim ediləcək. Daha sonra yeni mahnılar, fotosessiya və s.

Bayramı evdə keçirməyi düşünmüşük. Əzizlərimə hədiyyələrim olacaq. Amma qızım İpək hədiyyəsini öncədən alıb. Hamı onu istədiyi oyuncaqlarla təbrik edib. Eynilə mən”.

Ayan Babakişiyeva: “Bu il mənim üçün çox gözəl keçdi. Ən əsası ana oldum, Selenam dünyaya gəldi, analıq hissini yaşadım və çox xoşbəxtəm. “Miss Azərbaycan-2014” gözəllik yarışmasında ilk dəfə münsif kürsüsündə oturdum. İşıq üzü görən mahnılarım sevildi, bəyənildi. Mustafa Kamal Atatürkün sevimli mahnısı “Atabarı” ifa etdim. Musiqisi Elçin İmanova, sözləri Zemfira Əlişqızına məxsus olan “Qorxuram gecələrdən”, . Xanım İsmayılqızının yazdığı “Sevirəm”, Tural Bayraməliyevin “Səndən sonra” mahnılarını təqdim etdim və sevildi. 2015-ci il həm özəl, həm də yaradıcılıq həyatımda uğur qazanacağıma inanıram”.

Vüsalə Rəcova: ”2014-cü ili şəxsi həyatımda və yaradıcılığımda ən uğurlu il hesab edirəm. Uzun illərdi sənətdəyəm. Amma ən gözəl işlərim bu ilin payına düşdü, dinləyicilər tərəfindən sevildim və qəbul olundum. İlin sonuna doğru iki klipim, mahnılarm təqdim edildi. Hazırda İstanbuldayam, ailə üzvlərimlə gəlmişəm. Bayramı burda qeyd edəcəm. Maraqlı bayram axşamı düçünmüşük. Hədiyyələr də gözləyirəm. Amma sürpriz olsun deyə, mahiyyətin açıqlamırlar”.

Humay Qədimova: “2014 mənim üçün elə ürəkaçan il olmadı. Anamı itirdim. Hələ də o itkinin təsiri altındayam. Dostlarla görüşürəm, deyib-gülürəm. Amma hər zaman valideynlərimin yoxluğunu hiss edirəm. Yaradıcılıgımda isə uğurlarım çox oldu.

Əsas solo konserti vurğulamaq istəyirəm. Daha sonra klip, səyahətlərim və s. 2015-dən çox şeylər gözləyirəm. Ailəmdə və sənətimdə firavanlıq və uğurlarımın davamını gözləyirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm