Tabloid.az
Xumardan təzə xəbər - "Əl-ələ tutub..."
Az əvvəl "Təsbeh" türk mahnısı ilə gündəmi silkələyən sevilən müğənni Xumar Qədimovadan xəbər var.
Publika.az-a bu barədə danışan sənətçi böyük bir layihənin hazırlıq işlərinə star verib: “Sözləri Sona Vəliyevaya, musiqiçi özümə aid olan “Əl-ələ tutub gedək” adlı bir mahnıya can verəcəyik. Mən buna bir əsər deyərdim. Çünki bu layihədə yalnız mən deyil, bir neçə sənət adamı iştirak edəcək. Mən danışmağı sevmirəm, bunu məni tanıyanlar gözəl bilir. Buna görə də, qabaqcadan çox şey demək istəmirəm. Layihə hazır olsun, tamaşaçıların ixtiyarına verək, artıq sözə ehtiyac olmayacaq”.
Piar arxasınca düşməyi heç vaxt sevməyən və tamaşaçını arxasınca aparmağı bacaran Xumar bir xüsusiyyətini də bizimlə bölüşdü: “Elə yerlər var ki, mən o məclislərə getmirəm, amma elə yerlər də var, siz orda məni görərsiniz. Amma heç kim inanmaz ki, Xumar ora gedər. Ruhu, zövqü, beyni olan tamaşaçılara hər zaman ehtiyacım var”.
Qeyd edək ki, bir neçə il bundan öncə də Xumar “Sevgi harayı” adlı böyük bir layihə ilə musiqi aləminə səs salmışdı.
Cəvahir Səlimqızı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR