Rəmiş erməni mahnısı "oxumağından" danışdı: “Bu, montajdır” - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Rəmiş erməni mahnısı "oxumağından" danışdı: “Bu, montajdır” - ÖZƏL

Azərbaycanın xalq artisti Rəmiş yayılan son videosuyla bağlı Publika.az-a eksklüziv açıqlama verib. Xalq artisti bildirib ki, sözügedən videonun yayılması ona qarşı təxribatdır:


“Mən axırıncı dəfə Moskvada 2007-ci ildə olmuşam. Ondan sonra Rusiyaya getməmişəm. Məgər mən mahnı oxuyanam? Zümzümə eləsəm, elə muğam oxuyaram da. Mən uşağam ki, erməni mahnısı oxuyum? Özü də Moskvada. Oxusam, Azərbaycanda - öz millətimin içərisində muğam oxuyaram. Mən heç erməni dilini bilmirəm. Niyə bunlar belə Allahsız hərəkət edirlər?”

Sənətkar bildirib ki, sözügedən videodakı onun səsi deyil:


“Bu, montajdır. Niyə əsəbimlə oynayırlar? Xalq artisti adı aldığıma görə paxıllığımı çəkirlər. Mənim 30-40 yaşım yoxdur, 71 yaşım var. O yaşda deyiləm ki, pul xatirinə nəsə edim. Hamı bilir ki, mənim tamahım yoxdur”.

Qeyd edək ki, Showlife.az saytında bu barədə video yerləşdirilmişdi. Xəbərdə bildirilirdi ki, Rəmiş Rusiyada baş tutan toyların birində "Tut ağacı" mahnısının bir bəndini erməni dilində oxuyub.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm