Elza Seyidcahandan yeni OYUNCAQ şeir – MƏTN
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahandan yeni OYUNCAQ şeir – MƏTN

Son vaxtlar bəstəkarlığından, müğənniliyindən çox, şairəliyi ilə gündəmə gələn ekstravaqant sənətçi, əməkdar artist Elza Seyidcahan yeni şeirini yazıb. Növbəti misralarını oyuncaqlara həsr edən Elza şeirlə bərabər oyuncaq fotosu da paylaşıb.

Publika.az-ın məlumatına görə, sənətçi isti-isti yazdığı şeiri “İnstagram” dostlarının ixtiyarına verib.

Oyun-oyuncaq dünya” adlı həmin şeiri sizə təqdim edirik:

- Bu dünya bir oyuncaqdır,

İçi dolu körpələri.

Mən körpənin oyuncağı

Yeddi notdur…

Başqa bir şey deyil.

Bu dünya…

Bu dünya oyun-oyuncaqdan başqa bir şey deyil.

Kəsmə bükmək deyil,

Vəsmə çəkmək deyil,

Görün siz, nəyədir meyl?

Baxın, görün…

Gileyin məğzi.

Gileyin səbəbi.

Oyuncaqları sovurmaq,

Qarlı daşları ovutmaz.

Oyuncaqlar davasının savaşı

Nə şirin oyuncağımız…

Dünya çox ağır bir oyuncağdır

Gücə gəlməz,

Sözə yatmaz.

Yəni sənə çox şirindir?

Bu oyuncaq xülya?

Ay körpə,

Ana südü, dağ çiçəyi,

Verdi sənə bu dünya

Yetməzmi?

Əyməz belə savaşa ki…

Körpələrin inqələri…

Oxu atdın, yayı gizlədin,

İnnələri!!!

İynələri saplamadan..

Naxışların nə civarı,

Bu dünya

Oyun-oyuncaqdan

Başqa bir şey deyil.

Oyuncaqlardadır

Feyil davasının xəbəri.

Xəbər gəldi o taydan

Yekə bir oyuncaqdan.

Oyun çıxdı nə boyda

Uzunluğu bu boyda

Boydan-boya düzdülər,

Düzdülər nə düzdülər,

Başqa bir şey deyil bu dünya.

Yazmağı Elzadan, yoğmağı yozanlardan… Anlayanlardan.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm