Tabloid.az
Məşhur aktrisa: “O qadına ayaqlarını silib keçirlərsə...”
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Almaz Mustafayeva həyatının indiyə qədər heç yerdə söyləmədiyi ən ağrılı məqamlarından danışıb.
Publika.az-ın məlumatına görə, aktrisa həyat yoldaşını itirdiyi vaxtlarda məhrumiyyətlər yaşadığını deyərək kövrəlib: “1990-cı illərdə həyat yoldaşımı itirdim və həyatımın ən çətin günləri başladı. Uşaqlarım çox balaca idi, onları ayağa qaldırmaq lazım idi. O vaxtlar çox az maaş alırdım. Amma belə bir zamanda özümü itirmədim. Evimdə nəyim vardısa satdım. Çünki həyat yoldaşım rəssam idi və evimizdə azdan-çoxdan qiymətli şeylər vardı. Onların hamısını bir-bir satıb, uşaqlarımı böyütdüm. Uşaqlarım bir dəfə də olsun, məndən nəsə tələb etmədi. İndi? maşallah, hər ikisi ağıllı, tərbiyəli oğlanlardır. Mən hər bir qadına güclü olmağı məsləhət görürəm. Çətin vaxtlarda özlərini itirməsinlər. Bəzi qadınlar deyirlər ki, ailəmi sənətimə qurban verdim. Mən elə qadınlara deyirəm ki, qələt eləyib, ailəni qurban verdin. Sənət bu gün var, sabah yoxdur. Amma ailə çox müqəddəsdir. Qadın çətin vaxtda mənliyini qorumalıdır. Əgər mənliyini itirdisə, qadına ayaqlarını silib keçirlərsə, deməli, o qadın özünü itirir”.
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR