Yeni cizgi filmlərinin istehsalına qərar verildi
Bizi izləyin

Tabloid.az

Yeni cizgi filmlərinin istehsalına qərar verildi

Mədəniyyət və Turizm Nazirliyinin “Azanfilm” cizgi filmləri studiyası tərəfindən 2014-cü ildə “Ən güclü kimdir” və “Köhnə mismar” adlı iki yeni cizgi filmi istehsal olunub, “Gəlin birgə öyrənək” adlı animasiya filmləri layihəsinin həyata keçirilməsi qərara alınıb.

Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulan “Gəlin birgə öyrənək” layihəsinə “Rənglər” və iki seriyadan ibarət “Mən saymağı öyrənirəm” adlı animasiya filmlərinin istehsalı daxildir. Bu filmlərdən “Rənglər” musiqili animasiya filmi artıq istehsal olunaraq, kiçikyaşlı tamaşaçıların ixtiyarına verilib.


Layihənin digər filmi olan "Mən saymağı öyrənirəm"in isə çəkilişləri davam etdirilir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm