Tabloid.az
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsinin təqdimatında iştirak edib
Fevralın 14-də Dənizkənarı Milli Parkda "Məhəbbət ağacı" layihəsinin təqdimatı olmuşdur.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Təşkilatının təsisçisi, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.
Puvlika.az xəbər verir ki, "Məhəbbət ağacı" layihəsi
IDEA, "YARAT" Müasir İncəsənət Məkanı və "Baku" jurnalının birgə
layihəsidir.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov
iştirakçıları salamlamış və layihə haqqında məlumat vermişdir.
Belə bir inanc vardır ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda uğur gətirərək səadət vəd edir. Ənənəyə uyğun olaraq, dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində təsirli sözlər yazılmış suvenirlər asırlar.
Bakının Milli Parkındakı metal konstruksiyalı "Məhəbbət ağacı" onun budaqlarında öz duyğularının möhkəmliyinin sübutunu qoyub getmək istəyən sevən cütlüklərin və sevgililərin daha çox üz tutduqları məkanın - Dənizkənarı Bulvarın daimi bəzəyi olacaqdır
Mərasimdə incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO