Əməkdar artist Nyu-Yorkun məşhur səhnəsində
Bizi izləyin

Tabloid.az

Əməkdar artist Nyu-Yorkun məşhur səhnəsində

Azərbaycanın tanınmış opera ifaçısı, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Moskva Böyük Teatrının solisti Elçin Əzizov Nyu-Yorkun “Metropoliten-opera” səhnəsində P.İ.Çaykovskinin “İolanta” operasının premyerasında iştirak edib.

Publika.az-ın məlumatına görə, E.Əzizov dünyanın ən nüfuzlu səhnələrindən birində “İolanta” operasının əsas partiyalarından birini - mavritaniyalı həkim Ebn Hakianın partiyasını böyük müvəffəqiyyətlə ifa edib. Qeyd edək ki, premyerada Elçin Əzizovla yanaşı, dünyanın ən yaxşı opera ifaçılarından olan Anna Netrebko da çıxış edib.

Premyerada ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Elçin Əzizov Bakıda anadan olub. Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2005-ci ildən başlayaraq, vokal ifaçılığı üzrə bir sıra görkəmli müğənnilərdən dərs alıb və təcrübə keçib.

2007-ci ildə Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzində Badri Maysuradzenin rəhbərliyi altında təcrübəçi və solist olub, Eskamilyo (J.Bize ”Karmen”) partiyası ilə operada debüt edib. 2008-ci ildən Böyük Teatrın opera truppasının solistidir. Opera partiyalarını ifa etmək üçün o, başqa şəhərlərə - Çili, Santyaqo, Varşava, Drezden, Vyana, Tallin, London, Roma opera teatrlarına dəvət alıb. Beynəlxalq müsabiqələr laureatıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm