Maral Tahirqızı: “Saç ustamın zibilinə düşmüşəm”
Bizi izləyin

Tabloid.az

Maral Tahirqızı: “Saç ustamın zibilinə düşmüşəm”

Maral Tahirqızı istintaqa çağırıldığını boynuna alıb.

Bu barədə Publika.az-a açıqlama verən xanım müğənni günahsız olduğunu deyib: “Bəli, istintaqa çağırdılar, getdim. Orada məni sorğu-sual etdilər, bu barədə danışa bilmərəm. Amma izahat yazdım. Adım insan alverində hallanır, amma mən elə qadın deyiləm. Sənətkaram, sənətimlə məşğulam. Bu hadisə mayın 3-də olub. Onda mən Qız Qalasının yanında fotosessiya etdirirdim. Həmin şəkilləri internetdə də tapıb baxa bilərsiniz.

Həmin vaxt Esmira adlı saç ustası mənə zəng elədi ki, gəl, estetik gözəllik mərkəzinə gedək. Mən getmədim. Həmin vaxt onun telefonunun nömrəsi mənim telefonuma düşüb. Gizlətmirəm, mən o qadını tanıyıram, amma elə üzümü-qaşımı düzəldən usta kimi. Başqa işlərindən xəbərim yoxdur. Sən demə, o, bir qadınla əlbir olub, hansısa kişiyə qadın düzəldib. Bundan mənə nə var? Məni də istintaqa çağırıb sorğu-sual edəndə yazdım ki, heç kimi görməmişəm. Başımı kəs, düzünü danışan adamam. İnsan alveri hara, mən hara?”

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm