Ronaldonun ağlını başından alan amerikalı - VİDEO, FOTO
Bizi izləyin

Tabloid.az

Ronaldonun ağlını başından alan amerikalı - VİDEO, FOTO

Dünyanın ən populyar futbolçularından biri olan Kriştiano Ronaldonun “subaylığı” uzun sürməyəcək.

Publika.az xəbər verir ki, 5 il birlikdə olduğu İrina Şeykdən ayrıldıqdan sonra onu “tora salmaq” istəyən gözəlçələrin siyahısı gündən-günə artmaqdadır. Mətbuat isə İrinaya əvəz axtarmaq üçün gecəsini-gündüzünə qatıb.

Əvvəlcə portuqaliyalı futbolçunun ukraynalı Yaro Hmidanla romanından yazıldı. Sonra ispan teleaparıcı Lyusia Villalon variantı ortaya atıldı. İndi isə amerikalı model Nikol Nilin Ronaldonun saqqızını oğurlamağa çalışdığı deyilir.

İspaniya KİV-i 22 yaşlı gözəlçənin hansısa mərasimdə Ronaldoyla görüşdüyünü, sonra isə təsadüfən təyyarədə rastlaşdığını və birlikdə İspaniyaya uçduğunu yazır. Təyyarənin göyərtəsində baş verənlər haqda heç kim heç nə demir...

Bundan sonra Nikol şəxsi “Tvitter” hesabından paylaşdığı statusla dedi-qoduya şərait yaratmışdı: “Həyatda çox təsadüflər olur və biz onlardan qaça bilmərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm