Elnarə Abdullayevadan 150 minlik xeyriyyə işi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Elnarə Abdullayevadan 150 minlik xeyriyyə işi - FOTOLAR

Xanəndə Elnarə Abdullayeva Beynəlxalq Mətbuat Mərkəzində bu gün keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, mətbuat konfransında xanəndənin anadan olduğu kəndə su çəkdirdiyi və bunun üçün 150 min manat vəsait xərclədiyi məlum olub:


“İnşallah, yaxın vaxtlarda kəndimizə çəkdirdiyim bulağın açılışı olacaq. Bir qurban kəsib, hamınızı dəvət edəcəyəm”.

E.Abdullayeva fevralın 20-də baş tutacaq “Biz zəfər çalacağıq” adlı konsertinə xərclədiyi məbləğdən də danışıb:

“Hamı bilir ki, indi heç kim heç kimə qarşılıqsız bir manat da xərcləmir. Mənim konsertim öz hesabıma başa gəlir. Yəni burada heç kimin bir manat da olsun, dəstəyi yoxdur. Konsertə nə qədər pul xərcləməyimə gəlincə, bir maşının pulu gedib. Amma hələ dəqiq bilmirik ki, bundan sonra nə qədər xərclənəcək. Bu barədə konsertdən sonra dəqiq nəsə deyə bilərəm”.

Qeyd edək ki, E.Abdullayevanın solo konserti fevralın 20-də Heydər Əliyev adına Sarayda keçiriləcək.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm